“Sea Breeze”də sahilyanı iqlimə uyğunlaşdırılmış 11 milyondan çox ağac və digər bitki əkilib – Emin Ağalarov

Baş səhifə

Bakı.Trend:

“Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze”
kurort-şəhərinin təsisçisi Emin Ağalarov layihənin inkişafı,
infrastrukturun genişləndirilməsi və investisiya strategiyası
barədə danışıb.

Trend xəbər verir
ki, sahibkar “İnvestisiyaların yeni coğrafiyası” sessiyası
çərçivəsində moderator – “Kommersant FM” radiosunun aparıcısı Pyotr
Kosenkonun suallarını ccavablandırıb.

E.Ağalarovun sözlərinə görə, “Sea Breeze”də bölgənin iqliminə
uyğunlaşdırılmış bitkilərdən istifadə edilməklə genişmiqyaslı
yaşıllaşdırma işləri davam etdirilir. Artıq 11 milyon ağac və digər
bitki əkilib.

“Biz İspaniyadan bitkilər- palmalar, aqavalar, rozmarin və digər
növlər gətiririk. Onları 20 il ərzində seçmişik ki, iqlimə, küləyə
və duzlu mühitə davam gətirsinlər. Hazırda onlar çox yaxşı
uyğunlaşırlar”, – deyə o bildirib.

“Sea Breeze”in təsisçisi vurğulayıb ki, layihənin inkişafı
yollar, enerji təchizatı və su ehtiyatları daxil olmaqla müasir
infrastrukturun yaradılması sayəsində mümkün olub.




“Əvvəllər su çatışmazlığı var idi və bahalı həll yollarından
istifadə etməli olurduq. Bu gün mərkəzləşdirilmiş su təchizatı
sisteminə qoşulmuşuq ki, bu da yaşıllaşdırmanın və ərazinin
inkişafının əhəmiyyətli dərəcədə genişləndirilməsinə imkan verib”,
– deyə E.Ağalarov qeyd edib.

Onun sözlərinə görə, su təchizatı sisteminin dayanıqlılığına və
yaşıllıqların qorunması üçün ehtiyat güclərin yaradılmasına xüsusi
diqqət yetirilir.

O həmçinin vurğulayıb ki, layihənin investisiya modeli yeni
investor nəslinə yönəlib və inkişaf çevik maliyyə alətləri, eləcə
də maksimum gəlirlilik zəmanətləri ilə müşayiət olunur.

“Biz 20 il ərzində qurduğumuz təmələ əminik və investorlara
aydın və şəffaf şərtlər təklif edə bilirik”, – deyə “Agalarov
Development” şirkətinin prezidenti əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir