Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 95,7
milyon ABŞ dolları dəyərində 791 milyon kubmetr təbii qaz (qaz
halında) ixrac edilib.

Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.traflı

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
məbləğ ifadəsində 2,5 milyon dollar və ya 2,7%, həcminə görə isə
82,2 min kubmetr və ya 11,6% artıb.




Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8
ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6%
az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları
dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz
idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə,
həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir