
Bakı.Trend:
Şabranda sel sularının avtomobil yollarında yaratdığı fəsadların
aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
(AAYDA) məlumat yayıb.
Bildirilib ki, hazırda Düzbilici–Vələsi–Çinarlar yolunun 5-ci və
8-ci kilometrlərində, həmçinin Şabran–Qalaaltı yolunun 6-cı
kilometrliyində işlər aparılır.
Ərazilərdə qazıntı və əks-dolğu işləri görülür, suötürücü
boruların bərpası həyata keçirilir.
Məlumata görə, yaranmış problemlərin aradan qaldırılması və
nəqliyyat əlaqəsinin qısa müddətdə tam bərpası məqsədilə
təxirəsalınmaz tədbirlər görülür. Hərəkətin təhlükəsiz təşkili üçün
zəruri addımlar atılır.
Bildirilib ki, sel sularının yarada biləcəyi təhlükələrin
qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər də həyata
keçirilir.
Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncamına uyğun olaraq davam etdirilir.

