
Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi BMT Nizamnaməsinə uyğun olaraq 8
aprel atəkəsinin pozulmasını sərt şəkildə qınayır.
Trend-in
məlumatına görə, bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz
əksini tapıb.
Bəyanata əsasən, İrana qarşı hücumlarda bütün məsuliyyət ABŞ
tərəfinin üzərinə düşür.
“Heç şübhəsiz İran heç bir hücumu cavabsız qoymur və özünün
müdafiəsində heç bir şübhəyə yol vermir”, – deyə bəyanatda qeyd
olunub.
Bəyanatda qeyd olunur ki, ötən 48 saat ərzində ABŞ İranın
cənubunda Hörmüzqan vilayəti ərazisində atəşkəsi açıq-aşkar şəkildə
pozub. Halbuki hazırda Pakistanın vasitəçiliyi ilə diplomatik
proseslər davam etməkdədir.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

