Azərbaycandan İrana ixrac olunan təbii qazın həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan İrana 210,7 min
ABŞ dolları dəyərində 3,131 milyon kubmetr təbii qaz (qaz şəklində)
ixrac olunub.

Trend bu barədə
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən məlumat
verir.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan İrana ixrac olunan
qazın hcəmi barədə məlumat dərc olunmamışdı.




Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8
ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr
(qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə
müqayisədə bu göstərici dəyər ifadəsində 322,4 milyon ABŞ dolları
və ya 14,6% azdır, fiziki həcm baxımından isə 357,9 milyon kubmetr
və ya 6,1% artım qeydə alınıb.

Bununla yanaşı, cari ilin yanvar-mart aylarında Azərbaycana
təbii qaz yalnız bir ölkədən – İran İslam Respublikasından idxal
olunub. İdxalın həcmi 134,3 milyon kubmetr (qaz şəklində) , dəyəri
isə 9,041 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə
müqayisədə Azərbaycana ölkəxaricindən idxal olunan təbii qaz dəyər
ifadəsində 13,4 milyon dollar və ya 2,5 faiz, fiziki həcm
baxımından isə 11,3 milyon kubmetr və ya 7,8 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir