“Azərpoçt” adından saxta SMS-lər göndərilir – ETX

Baş səhifə

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara qarşı yönəlmiş növbəti
fişinq (smishing) kampaniyası aşkarlayıb.

ETX-dən Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər
nəticəsində kiberdələduzların “Azərpoçt” MMC-nin adından
sui-istifadə etdiyi müəyyən olunub. Belə ki, dələduzlar
vətəndaşlara SMS mesajlar göndərərək onları fərdi və maliyyə
məlumatlarını ələ keçirmək məqsədi daşıyan saxta
https://azerpost.389159.com.az veb-səhifəsinə yönləndirirlər.




Bununla əlaqədar ETX vətəndaşlara tanımadıqları mənbələrdən
göndərilən SMS mesajlarındakı keçidlərə daxil olmamağı, bank kartı
və digər fərdi məlumatlarını şübhəli linklər vasitəsilə
paylaşmamağı tövsiyə edir.

Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi
mənbələrdən – “Azərpoçt”un – “169” Çağrı mərkəzi və ETX-nin qaynar
xətti – “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media
hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir