Oman sahillərində tankerə hücum olub

Baş səhifə

Bakı.Trend:

Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində
yanacağın bir hissəsi dənizə sızıb.

Trend xəbər verir
ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında
Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat
yayıb.

“UKMTO-ya Omanın, Muskat şəhərində 60 dəniz mili şərqdə baş
vermiş insidentlə bağlı məlumat daxil olub. Tankerin kapitanı xəbər
verib ki, su sərhədi yaxınlığında gəminin sol bortunun arxa
hissəsində xaricdən partlayış baş verib”,-deyə məlumatda qeyd
olunur.




Ekipaj üzvlərinin və gəminin hazırda təhlükəsizlikdə olduğu
bildirilsə də, bunker yanacağın bir hissəsinin dənizə axdığı qeyd
olunur.

İnsidentlə bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir