PAŞA Bank-ın tərəfdaşlığı ilə müqəddəs Qurban bayramı ərəfəsində
“Nargis” Fondu tərəfindən ənənəvi xeyriyyə aksiyası keçirilib.
Layihə çərçivəsində Bakı və Bakıətrafı qəsəbələrdə yaşayan bir çox
aztəminatlı ailəyə dəstək göstərilib.
Ailələrə gündəlik tələbat məhsullarından ibarət sovqat qutuları
təqdim edilib.

Xeyriyyə aksiyasının əsas məqsədi bayram günlərində sosial
qayğıya ehtiyacı olan ailələrə dəstək göstərmək, paylaşma və
həmrəylik dəyərlərini təşviq etmək olub. Layihə çərçivəsində
ailələrlə birbaşa ünsiyyət qurulub, onların ehtiyacları nəzərə
alınaraq yardım göstərilib.
PAŞA Bank sosial məsuliyyət prinsiplərini fəaliyyətinin vacib
istiqamətlərindən biri hesab edir. Bank müxtəlif sosial, humanitar,
təhsil və mədəniyyət layihələrinə davamlı dəstək göstərərək
cəmiyyətin inkişafına töhfə verir. Bank gələcəkdə də cəmiyyət üçün
faydalı təşəbbüsləri dəstəkləməyə və sosial layihələrdə fəal
iştirak etməyə davam edəcək.

