
Bakı.Trend:
Almaniyanın hökuməti Rusiyanın ölkədəki səfirini xarici işlər
nazirliyinə çağırıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Bunda səbəb Rusiyanın Xarici İşlər Nazirliyinin Kiyevdəki xarici
səfirliklərin təxliyə edilməsi çağırışı olub.
“Bu gün biz Rusiyanın səfirini nazirliyə çağırdıq. Rusiya
tərəfinə açıq şəkildə bildirdik ki, bizi təhdidlərlə qorxutmaq
mümkün deyil və biz Ukraynaya qətiyyətli dəstəyimizi davam
etdirəcəyik”, – deyə Almaniya XİN-in rəsmi “X” səhifəsində dərc
olunan bəyanatda deyilir.

