
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən
əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə
Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.
2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük Vətən
Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan
övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram
çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan
Bayramı və Zəfər günü münasibətilə sözügedən ailələrə “PAŞA
Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram
sovqatları təqdim olunur.
Qurban Bayramı münasibəti ilə təqdim edilən sovqatlar may ayının
əvvəlindən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Regional
İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən
şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif
ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri
zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda
layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr
təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin
ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə
edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri
daxildir.

