Ərdoğan Pezeşkianla İran-ABŞ danışıqlar prosesini müzakirə edib

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin regional və qlobal hadisələr müzakirə olunub.

Türkiyə Prezidenti Pezeşkianla telefon danışığı zamanı bildirib ki, Ankara bölgədə sülh və sabitliyin təmin olunması üçün qardaş ölkələrlə əməkdaşlığı davam etdirir və danışıqlar prosesinin müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə hazırdır.

Ərdoğan İran Prezidentini qarşıdan gələn Qurban bayramı münasibətilə də təbrik edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir