Azərbaycanda sığorta şirkətlərinin azı 50 faizinin açıq sığorta modeli tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

2030-cu ilədək Azərbaycanda açıq sığorta modelinin tətbiqi
istiqamətində hazırlıq işləri həyata keçiriləcək və bu sahədə
hüquqi baza formalaşdırılacaq.

Trend xəbər
verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə
inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün
Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, açıq sığorta modelinin tətbiqi üzrə
tədbirlərin icrası 2027–2029-cu illərdə nəzərdə tutulur. Layihənin
həyata keçirilməsi zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının
(ASA) da prosesə cəlb olunması planlaşdırılır.




Sənəddə qeyd olunur ki, ilkin mərhələdə maliyyə institutlarının
modelin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək. Növbəti
mərhələdə isə açıq sığorta modelinin tətbiqi üçün zəruri hüquqi
bazanın formalaşdırılması təmin ediləcək.

Dövlət Proqramında tədbirin əsas icraçısı qismində Azərbaycan
Mərkəzi Bankı (AMB) göstərilib.

Gözlənilən yekun nəticələrə görə, proqram çərçivəsində ölkədə
fəaliyyət göstərən sığorta şirkətlərinin azı 50 faizinin açıq
sığorta modelini tətbiq etməsi hədəflənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir