Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov
Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini
təbrik edib.

Trend xəbər
verir ki, təbrikdə deyilir:

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar,
çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki
işçilər!

Sizi islami dəyərləri özündə yaşadan Qurban bayramı münasibətilə
səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə
uğurlar arzulayıram.

Hər il respublikamızda dövlət səviyyəsində ümumxalq bayramı kimi
qeyd olunan, müsəlman dünyasının mənəvi birlik, həmrəylik,
qardaşlıq rəmzinə çevrilmiş müqəddəs Qurban bayramı cəmiyyətimizdə
milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm,
xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva
edir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün
dönəmlərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub
saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində
müstəsna xidmətləri olmuşdur.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət
nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək
demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu
artmaqdadır.

Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm
verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi
tanınır.




Azərbaycan dövləti bu gün regionda sülhün və sabitliyin
qorunmasının əsas təminatçısına çevrilmişdir.

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən
müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu
döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş
torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi
tam təmin edildi.

Əminəm ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına,
Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və
mənəvi-psixoloji hazırlığını daha da artıraraq, Ali Baş Komandanın
əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli
Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları
zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə
və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı
göstərmişdir.

Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi
uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir,
onların valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı
uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları Qurban
bayramı münasibətilə təbrik edir, onlara ən xoş arzularımı
çatdırıram.

Bir daha Sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir,
hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti
və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki,
müqəddəs Qurban bayramı həyatınıza əmin-amanlıq və firavanlıq,
süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Qurban bayramınız mübarək olsun!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir