Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelin Prezident
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda deyilir:

“İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Azərbaycan
Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza
səmimi təbriklərimi çatdırıram. Həmçinin ölkənizin və xalqınızın
xoşbəxt, uğurlu gələcəyi ilə bağlı ən xoş arzularımı
bildirirəm.

Azərbaycan və İsveçrə möhkəm ikitərəfli əlaqələrə malikdir.
Əminəm ki, Cənubi Qafqazda müsbət dəyişiklikləri nəzərə alaraq, bu
əlaqələrimiz qarşıdakı illərdə də konstruktiv şəkildə inkişaf
edəcəkdir.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir