
Aprelin 26-da keçirilmiş buraxılış imtahanında Abşeron və
Sumqayıt ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri yüksək
nəticə əldə ediblər.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat
verilib.
Abşeron rayonu Qobu qəsəbə 1 saylı tam orta ümumtəhsil
məktəbinin şagirdi Abdullayeva Gülay Ruslan qızı və Sumqayıt şəhər
Təbiət Elmləri Gimnaziyasının şagirdi Abdullah Emin Elman oğlu
maksimum nəticə göstərərək 300 bal toplayıblar.

