
Bakı. Trend:
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der
Bellen Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən
səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan ilə Avstriya arasında əla ikitərəfli münasibətlər
mövcuddur. Azərbaycan və Ermənistan arasında hər iki ölkənin
xalqlarının qarşılıqlı rifahı naminə davamlı sülh və təhlükəsizlik
perspektivləri reallaşmağa yaxınlaşdıqca gələcək əməkdaşlıq
imkanları artmaqda davam edəcək.
Çoxtərəfli kontekstdə, icazə verin, 2027-2028-ci illərdə BMT
Təhlükəsizlik Şurasına üzvlük üçün Avstriyanın namizədliyinin
Azərbaycan tərəfindən dəstəklənməsinə görə minnətdarlığımı
bildirim.
Fürsətdən istifadə edərək, Sizə və ailənizə rifah diləyir,
həmçinin Azərbaycan xalqının dinc və xoşbəxt gələcəyi ilə bağlı ən
xoş arzularımı çatdırıram”.

