
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı hərbi
əməliyyatlarını genişləndirir.
Trend-in
məlumatına görə, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu
təhlükəsizlik məsələləri ilə bağlı kabinet iclasının əvvəlində
deyib.
“Mənim göstərişlərimə uyğun olaraq, Livandakı əməliyyatı
genişləndiririk. İsrail Müdafiə Qüvvələri əraziyə böyük qüvvələr
yerləşdirir və strateji əraziləri ələ keçirir. İsrailin şimalındakı
yaşayış məntəqələri qorumaq üçün təhlükəsizlik zonasını
gücləndiririk”, – deyə o bildirib.

