Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşılıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban
bayramı münasibətilə paylaşım edilib.

Trend xəbər verir
ki, paylaşımda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq
bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı
günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir,
birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa
hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban
mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət
duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi
dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha
minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı
naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi
ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət
arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir