Kılıçdaroğlu Özgür Özəlin qrup sədrliyinin ləğvi üçün TBMM-yə müraciət edib

Baş səhifə

Məhkəmə qərarı ilə yenidən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinə qaytarılan Kamal Kılıçdaroğlu, Özgür Özəlin CHP qrup sədrliyinin ləğvi üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət edib.

APA-nın Türkiyə bürosunun “Sözcü”yə istinadən verdiyi məlumata görə, Kılıçdaroğlu bununla bağlı TBMM sədrliyinə rəsmi müraciət ünvanlayıb.

Qeyd edək ki, Özgür Özəl mayın 23-də CHP-nin fövqəladə iclasında keçirilən səsvermədə 93 səs toplayaraq CHP Qrup sədri seçilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir