Bu gün Azərbaycanda Qurban bayramıdır

Baş səhifə

Bakı. Trend:

Bu il Azərbaycanda Qurban bayramı mayın 27-nə təsadüf edir.

Trend xəbər
verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, AMEA
Şamaxı Astrofizika Rəsədxanası tərəfindən aparılan hesablamalara
əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban
bayramı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə
düşür.

Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may
2026-cı ildə qəbul etdiyi yekdil fətva ilə də bayram günü kimi 27
may tarixi təsdiqlənib.

Şəriət qaydalarına əsasən, qurban kəsimi mayın 27-dən başlayaraq
üç gün davam edə bilər. Həmin gün ölkənin məscidlərində bayram
namazları qılınacaq.

Bayram namazı Əjdər bəy məscidində saat 08:00-da, Təzə Pir
məscidində isə saat 09:00-da qılınacaq.




Qurbanlıq seçərkən heyvanın sağlam olmasının vacibliyi də
vurğulanıb. Bildirilib ki, xəstə, çox zəif, kor və ya ciddi qüsurlu
heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı
şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.

Qurban əti əsasən ehtiyaclı şəxslərə, kasıb ailələrə, yetimlərə,
şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və
dostlara pay vermək də savab əməllərdən hesab olunur. İnsan öz
qurbanından da yeyə bilər.

Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə
birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin
süfrəsinə sevinc aparsın.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və
28-i Qurban bayramı münasibətilə qeyri-iş günü elan edilib.

Qurban bayramının mübarək!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir