
Bakı.Trend:
Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, hadisələri
törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum
olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri
seçilib. Araşdırmalar davam etdirilir.

