Azərbaycanda startaplar və biznes üçün yeni maliyyə mexanizmləri hazırlanacaq

Baş səhifə

Baki. Trend:

Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin
genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət
Proqramı”nda startaplar və mikro, kiçik və orta biznes (MKOB)
subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması nəzərdə
tutulub.

Trend xəbər
verir ki, sənədə əsasən, sahibkarlığın inkişafını dəstəkləmək
məqsədilə startaplar, ilkin inkişaf mərhələsində olan sahibkarlıq
subyektləri və böyümə hədəfli mikro, kiçik və orta biznes (MKOB)
subyektləri üçün maliyyə mənbələrinə – həm borc, həm də kapital
alətlərinə çıxış imkanlarının genişləndirilməsi planlaşdırılır.

Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçı
qurumları kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi müəyyən edilib.
Tədbirlərin icrası 2027–2028-ci illəri əhatə edəcək.




Sənədə görə, ilkin mərhələdə startap və böyümə kapitalına
tələbin qiymətləndirilməsi həyata keçiriləcək. Aralıq nəticə olaraq
startaplar və inkişaf edən sahibkarlıq subyektləri üçün xüsusi
maliyyə mexanizmlərinin təklif edilməsi nəzərdə tutulur.

Yekun nəticə kimi isə startaplar, ilkin inkişaf mərhələsində
olan sahibkarlıq subyektləri və böyümə hədəfli MKOB-lar üçün
maliyyələşmə məhdudiyyətlərinin aradan qaldırılması hədəflənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir