Azərbaycanda Prezident mükafatçısı vəfat etdi

Baş səhifə

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası, Prezident mükafatçısı Ulduz Süleymanova vəfat edib.

Modern.az Report-a istinadən xəbər verir ki, o, 27 ildən artıq Naxçıvan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.

Ulduz Süleymanova gənc yaşlarından 100-dən artıq yaddaqalan obraza həyat verib. O, uzun illər səhnədə yaratdığı dolğun və rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanıb, teatr sənətinin inkişafına öz töhfələrini verib. Aktrisanın səhnə mədəniyyəti, sənətə olan bağlılığı və peşəkarlığı həmkarları və yetişən gənc aktyorlar üçün də örnək olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir