ABŞ-Azərbaycan tərəfdaşlığı yüksək qiymətləndiririk – Səfirlik (FOTO)

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban bayramı münasibətilə
Azərbaycan xalqını təbrik edib.

Trend xəbər
verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkə hesabındakı
paylaşımda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanda və
dünyanın müxtəlif ölkələrində Qurban bayramını qeyd edən hər kəsə
səmimi təbriklərini çatdırır.




“Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri
təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və
multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir.
ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və
xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.

Qurban Bayramınız mübarək!” – deyə paylaşımda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir