Uçuş aparatı ilə ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Paraplan uçuş aparatı vasitəsi ilə ölkəyə 47 kq narkotik vasitə
gətirən şəxslər saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, Biləsuvarda rayonunda paraplan uçuş aparatı
vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə keçirilən
ümumilikdə 47 kiloqram marixuana və tiryək, eləcə də 10104 ədəd
psixotrop tərkibli həb polis əməkdaşları tərəfindən aşkarlanıb.
Əvvəlcədən ötürülən lokasiyası vasitəsi ilə narkotik vasitələri
əldə edən əvvəllər məhkum olunan 62 yaşlı Calal Qəhrəmanov və 35
yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə
gətirilib. Araşdırmalarla müəyyən edilib ki, C.Qəhrəmanov və
R.Məmmədəliyev narkotik vasitələrin paytaxt ərazisində satışını
həyata keçirməyi planlaşdırıblar.




Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar
davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir