
Bakı.Trend:
Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya
uğrayıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Qəza nəticəsində 1 nəfər həlak olub, digər ekipaj üzvü isə xilas
edilib.
İkin məlumata görə, təyyarə yüksək gərginlikli elektrik ötürücü
xətlərinə dəyib və yerə çırpılıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, “An-2” (“Kukruznik”) sovet istehsalı olan
çoxməqsədli təyyarədir.

