
Bakı.Trend:
Şotlandiya parlamenti Böyük Britaniyada müstəqilliklə bağlı
referendum keçirilməsi ideyasını dəstəkləyib.
Trend xəbər verir
ki, bu barədə Şotlandiya hökumətinin “X” sosial şəbəkəsindəki rəsmi
səhifəsində yayımlanan bəyanatda bildirilib.
Qeyd olunur ki, Şotlandiyanın birinci naziri Con Svinni hələ
aprelin 27-də yerli seçkilərdən dərhal sonra bu məsələnin
səsverməyə çıxarılması niyyətini açıqlayıb.
Medianın məlumatına görə, müstəqillik referendumu keçirilməsinin
lehinə 72 deputat səs verib, 55 deputat əleyhinə çıxıb, daha iki
nəfər isə bitərəf qalıb. Bununla yanaşı, Svinni 1998-ci il
Şotlandiya Aktının 30-cu maddəsinə uyğun olaraq Şotlandiya
parlamentinə müstəqillik referendumu təşkil etmək səlahiyyəti
verəcək fərmanın imzalanmasını tələb edir.

