
Bakı. Trend:
Mərakeş millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti
açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə yerli federasiya məlumat yayıb.
Baş məşqçi heyətə 26 futbolçu cəlb edib.
Qapıçılar: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə
Ərəbistanı), Munir Əl-Kacui (“Renessans de Berkane”), Əhməd Reda
Tanyauti (“FAR”).
Müdafiəçilər: Nussair Mazraui (“Mançester
Yunayted”), Anass Salah-Eddin (PSV), Yussef Bellamari (“Raca”),
Nayef Agerd (“Marsel”), Çadi Riyad (“Kristal Pelas”), İssa Diop
(“Fulhem”), Reduan Xalxal (“Mexelen”), Aşraf Hakimi (PSJ), Zakariya
Əl-Uahdi (“Genk”).
Yarımmüdafiəçilər: Samir Əl-Murabet
(“Strasbur”), Ayub Buaddi (“Lill”), Nil Əl-Aynaui (“Roma”), Sofyan
Amrabat (“Betis”), Azzedin Unahi (“Jirona”), Bilal Əl-Hannuss
(“Ştutqart”), İsmail Saybari (PSV).
Hücumçular: Ez Abde (“Betis”), Şemsdin Talbi
(“Sanderlend”), Sofyan Rahimi (“Əl-Ayn”), Ayub Əl-Kaabi
(“Olimpiakos”), Brahim Dias (“Real” Madrid), Yassin Gessimi
(“Strasbur”), Ayube Amaimuni (“Ayntraxt”).
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi
edəcəyi mundial iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mərakeş
millisi DÇ-2026-nın C qrupunda Braziliya, Haiti və Şotlandiya ilə
üz-üzə gələcək.

