Azərbaycanda MKOB-lar üçün vahid maliyyə platforması yaradılacaq

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin
genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət
Proqramı”nda mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin
maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi
istiqamətində yeni tədbirlər nəzərdə tutulub.

Trend xəbər
verir ki, sənədə əsasən, MKOB-ların müvəkkil kredit təşkilatları
ilə əlaqə yaratmasına və güzəştli mexanizmlərə müraciət etməsinə
imkan verən platformanın yaradılması planlaşdırılır.

Dövlət Proqramında qeyd olunub ki, tədbirin əsas icraçısı
qismində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İN) müəyyən
edilib. Prosesə Kənd Təsərrüfatı Nazirliyi (KTN) və İpoteka və
Kredit Zəmanət Fondu (İKZF) cəlb olunacaq, Azərbaycan Mərkəzi
Bankına (AMB) isə tövsiyələr veriləcək.




Sənədə görə, layihənin icrası 2027–2028-ci illəri əhatə
edəcək.

İlkin mərhələdə maliyyələşmənin çevikliyinin artırılması xidməti
üzrə uğurlu modellərin öyrənilməsi nəzərdə tutulur. Aralıq nəticə
kimi vahid platformanın prototipinin hazırlanması
planlaşdırılır.

Yekun nəticə olaraq isə bütün dövlət maliyyə dəstəyi
proqramlarını birləşdirən platformanın istifadəyə verilməsi
hədəflənir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir