Sabah Bakıda 30 dərəcə isti olacaq

Baş səhifə

Bakı.Trend:

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa
enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.




Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi
əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti,
dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti, bəzi yerlərdə 23-26°
isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir