
Bakı. Trend:
Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub
ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı münasibətilə Sizə və xalqınıza ən
səmimi təbriklərimi, həmçinin sülh, tərəqqi və rifah arzularımı
çatdırıram.
Yunanıstan Azərbaycanla illər ərzində çoxşaxəli tərəfdaşlığa
çevrilmiş və davamlı şəkildə inkişaf edən ikitərəfli münasibətlərə
xüsusi əhəmiyyət verir. Əminəm ki, beynəlxalq hüquqa, suverenlik və
ərazi bütövlüyü prinsiplərinə tam hörmətlə yanaşılmaqla ikitərəfli
münasibətlərimizi xalqlarımızın rifahı naminə daha da inkişaf
etdirə və möhkəmləndirə bilərik.
Zati-aliləri, bir daha Sizə ən xoş arzularımı bildirir, ən
yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

