
Bakı. Trend:
Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə,
Hökumətinizə və dost Azərbaycan xalqına Hindistan Hökuməti və xalqı
adından, həmçinin şəxsən öz adımdan səmimi salamlarımı və
təbriklərimi yetirirəm.
Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr
mövcuddur. İnsanlar arasında təmaslarla yanaşı, iqtisadi və ticarət
sahələrində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı
potensial var.
Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və
firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

