Azərbaycanda könüllü sığorta bazarı böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta
növlərinin hesabına 518 milyon manat sığorta haqqı toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 66,1 milyon manat və ya 14,6% çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə ötən
ilin eyni dövrü ilə müqayisədə 63,6 milyon manat və yaxud 34%
artaraq 250,6 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-aprel aylarında könüllü sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı
müştərilərə geri ödənilib.




Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 610,216 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Bu, ötən ilin müvafiq
dövrünün göstəriciləri ilə müqayisədə 21,7 milyon manat və ya 3,7%
çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 304,353 milyon
manat təşkil edib.

Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri
ilə müqayisədə 73 milyon manat və ya 31,6% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir