
Bakı. Trend:
“Mançester Siti” Niko Qonzales oyun praktikasının azlığı
səbəbindən klubdan ayrılmağı düşünür.
Trend xarici
mediaya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu start
heyətindəki yerini itirməsindən məyusdur və buna görə də bu yay
klubdan ayrıla bilər.
İspaniya və İtaliya klubları Qonzalesə maraq göstərirlər. Bu
mövsüm ispan futbolçu bütün yarışlarda 41 oyunda meydana çıxıb və
iki qol vurub.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 45 milyon
avrodur. 2002-ci il təvəllüdlü futbolçu “Barselona”, “Valensiya” və
“Porto”da oynayıb.

