
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 844,370
milyon ABŞ dolları dəyərində 2,128 milyard kubmetr təbii qaz (qaz
halında) ixrac edilib.
Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
məbləğ ifadəsində 353,1 milyon ABŞ dolları və ya 29,5%, həcminə
görə isə 161,1 milyon kubmetr və ya 7% azalıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8
ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr
təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6%
az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir
ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları
dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz
idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə,
həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.

