Şimali Koreya süni intellektli raketlərin sınağını keçirib

Baş səhifə

Bakı.Trend:

Şimali Koreya ilk dəfə olaraq süni intellekt ilə təchiz edilmiş
yüksək dəqiqlikli qanadlı raketlərin sınağını keçirdiyini
açıqlayıb.

Trend xəbər verir
ki, texnikanın sınağı barədə Koreya mətbuatı məlumat yayıb.




Bildirilir ki, ordu taktiki ballistik raketləri, artilleriya
raketlərini və uçuş məsafəsi 100 kilometrə qədər olan süni
intellektli qanadlı raketləri əhatə edən kombinə edilmiş silah
sistemini sınaqdan keçirib.

Məlumatda qeyd olunur ki, Şimali Koreya lideri Kim Çen Inın
rəhbərliyi altında keçirilən sınaqlar silahların və
avtomatlaşdırılmış buraxılış sistemlərinin müasir müharibənin
tələblərinə uyğunlaşdırılması və döyüş şəraitində effektivliyinin
artırılması məqsədilə uğurla modernləşdirildiyini göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir