Paşinyan yenə təəccübləndirdi – VİDEO

Baş səhifə

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə paylaşdığı video ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Modern.az xəbər verir ki, Ermənistan Baş naziri seçkiqabağı kampaniya çərçivəsində səfər zamanı bu dəfə parlament sədri Alen Simonyanla birlikdə kök yeyib.

Xatırladaq ki, bundan qabaq, Paşinyan qarğıdalı, peraşki, lavaş, qarğıdalı, sucuk və kartof yeməsi, Gürcüstana səfər zamanı barabanda ifa etməsi, Fransada olarkən alma yeyərək video paylaşması ilə gündəmə gəlmişdi.

Paşinyanın hərəkətləri bir çox hallarda obraza girmə, siyasi imici üçün PR kimi dəyərləndirilir. Bəziləri isə bunu onun təbii xarakteri olduğunu düşünürlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir