Volodimir Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevi
Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend təbrik məktubunu təqdim edir:

“Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü
münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz
rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat
sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik
inkişafını nümayiş etdirir.

Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini
və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə
çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.

Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen
şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların
reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata
keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu
addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı
hörmətin təzahürüdür.

Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində
dövlətlərin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü
dəyişməz şəkildə dəstəkləyir. Əminəm ki, bu prinsiplərə sadiqlik
bundan sonra da Qara dəniz-Xəzər regionunda sabitliyin və
təhlükəsizliyin əsası olaraq qalacaq.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında energetika,
logistika, nəqliyyat əlaqələrinin, infrastruktur və təhlükəsizlik
sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial
mövcuddur. Qlobal enerji və logistika marşrutlarının
transformasiyası şəraitində dövlətlərimizin regional qarşılıqlı
əlaqələrin təmin edilməsindəki rolu və dayanıqlılığı daha da
artacaq. İnanıram ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı
dövlətlərimizin və xalqlarımızın

maraqları naminə bundan sonra da möhkəmlənəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti
fəaliyyətinizdə uğurlar arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir