
Bakı. Trend:
“Şəfa” klubu baş məşqçisi Elgiz Kərəmli ilə yollarını
ayırıb.
Trend xəbər verir ki,
bu barədə Bakı təmsilçisi məlumat yayıb.
34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay
sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/2025-ci illər
mövsümündə II Liqanın gümüş mükafatçısı, 2025/2026-cı illər
mövsümündə isə I Liqanın çempionu olub.

