Əli Nağıyev MDB-nin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya
Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil
Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi
xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak
edib.

Bu barədə Trend-ə DTX-dən məlumat verilib.

Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm
qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata
keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil
edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla
yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini
radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq
formatları barədə də razılığa gəliblər.

Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan
Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının
fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks
etdirən konseptual sənədi məqbul hesab ediblər. Müvafiq sənədin
icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat
imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı
vurğulanıb.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son
dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya
xəttlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də
terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə
görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb
geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir
göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə
yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat
mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu
baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini
diqqətə çatdırıb.

MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı
əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin
qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan
iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın
möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir