
Bakı. Trend:
Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı
tərəfdaş kimi tanınır.
Trend xəbər verir ki,
bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X”dəki
hesabında yazıb.
“Bu gün Azərbaycan xalqının şanlı tarixində mühüm yer tutan 28
May – Müstəqillik Gününü qürurla qeyd edirik. Müstəqilliyimizin
qorunması və daha da möhkəmləndirilməsi naminə göstərilən səylər
nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və
etibarlı tərəfdaş kimi tanınır. Bu əlamətdar gün münasibətilə bütün
həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf,
xalqımıza firavanlıq, əmin-amanlıq və yeni-yeni uğurlar
arzulayıram.
28 May – Müstəqillik Günümüz mübarək!”, – C.Bayramov qeyd
edib.

