
Bakı. Trend:
ABŞ-nin Alyaska ştatının sahillərində 5,6 bal gücündə zəlzələ
baş verib.
Trend xəbər verir ki,
bu barədə ABŞ Geoloji Xidməti məlumat verib . Məlumata görə,
zəlzələnin episentri Adak adasından 68 kilometr cənub-şərqdə, ocağı
isə 22,7 kilometr dərinlikdə yerləşib.
Daha əvvəl Kamçatkanın cənub-şərq sahillərində 5,1 bal gücündə
zəlzələ baş verdiyi bildirilmişdi.

