Dövlət Neft Fondunun ehtiyatları artmaqda davam edəcək – BVF

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları
karbohidrogen qiymətlərinin yüksək olaraq qalması şəraitində
artmaqda davam edəcək.

Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında
bildirilib.

Fondun hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın bir
qədər sürətlənəcəyi, inflyasiyanın isə Mərkəzi Bankın hədəf
diapazonunda qalacağı gözlənilir.




“Ekspertlərin qiymətləndirməsinə görə, neft və qaz hasilatında
davam edən zəiflik fonunda 2026-cı ildə ÜDM artımı mülayim şəkildə
sürətlənərək 2,1 faizə çatacaq. Qeyri-neft ÜDM artımının 3,7 faiz
səviyyəsində olacağı, daha sonra isə orta müddətli perspektivdə
təxminən 3,5 faiz ətrafında sabitləşəcəyi proqnozlaşdırılır. Bərpa
prosesi 2026-cı ildə fiskal siyasətin sərtləşdirilməsi tempinin
daha yavaş olması, eləcə də Yaxın Şərqdəki müharibə səbəbindən neft
və qaz qiymətlərinin artmasının müsbət dolayı təsirləri ilə
əlaqələndirilir”, – hesabatda qeyd olunub.

BVF analitikləri bildirirlər ki, qeyri-neft sektorunda istehsal
boşluğunun azalacağı, lakin 2026-cı ildə müsbət olaraq qalacağı və
daha sonra orta müddətli perspektivdə tədricən bağlanacağı
gözlənilir.

“Mövcud hasilat məhdudiyyətlərinin təsiri altında olan neft
ÜDM-i üzrə proqnozun 2026-cı ildə 2% azalması nəzərdə tutur. Bundan
sonra azalmanın tempi mülayim 0,5 faizə qədər zəifləyəcək ki, bu da
ümumi ÜDM artımının orta müddətli perspektivdə təxminən 2,5 faizə
enməsinə gətirib çıxaracaq. İnflyasiyanın isə Yaxın Şərqdəki
müharibə səbəbindən idxal olunan ərzaq inflyasiyasının artması
fonunda 2026-cı ilin sonuna qədər 6 faizə yüksələcəyi gözlənilir.
Bu, həmçinin əhalinin real gəlirlərini və tələbi azalda bilər.
Bununla yanaşı, cari əməliyyatlar balansının profisitinin
karbohidrogen qiymətlərinin artması hesabına 2026-cı ildə
əhəmiyyətli dərəcədə artacağı, daha sonra isə orta müddətli
perspektivdə tədricən azalacağı proqnozlaşdırılır”, – sənəddə
vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir