
Bakı.Trend:
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti
tədarük həyata keçirilib.
Trend xəbər
verir ki, 2 vaqondan ibarət, çəkisi 126 ton olan karbamid və 1
vaqondan ibarət, çəkisi 67 ton olan un Biləcəri stansiyasından
Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə,
133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft
məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10
min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95
benzini ixrac olunub.

