Azad edilmiş ərazilərə köçürülən 10600-dək şəxsin məşğulluğu təmin edilib – ƏƏSMN

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə
köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması
işlərini davam etdirir.

Trend xəbər
verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində dogma
yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu
təmin edilib.




Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə
təsərrüfatları yaradılıb.

Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı
kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə
təminatına dəstək göstərilib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir