İran ABŞ-nin atəşkəsi pozmasını qınayır – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran ABŞ-nin bu gün səhər saatlarında İranın cənubunda yerləşən
Hörmüzqan vilayətinin Bəndər-Abbas rayonunda bölgələri atəşə
tutmasını kəskin şəkildə qınayır.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın ərazi bütövlüyü və suverenliyinə
qarşı hücumlar BMT nizamnaməsi və beynəlxalq hüququnun açıq-aşkar
şəkildə pozulması hesab olunur və BMT Təhlükəsizlik Şurası bununla
bağlı öz qanuni məsuliyyətini yerinə yetirməlidir.

Bəqai bildirib ki, İran və ABŞ arasında atəşkəs razılaşması
qüvvəyə mindikdən sonra son günlərdə ABŞ tərəfindən Fars körfəzi,
İranın cənubundakı beynəlxalq sularda ticarət gəmilərinə hücumlar
olunub. Iran ərazi bütövlüyü və suverenliyini qorumaq istiqamətində
bütün lazımi tədbirləri görəcək.




XİN rəsmisi ABŞ rəsmilərinin İran və bəzi region ölkələrinə
qarşı hədə xarakterli açıqlamalarını pisləyib və İranın dost Omanla
həmrəy olduğunu ifadə edib.

“Regionda sülh və sabitlik qarşısında həmişə konstruktiv,
effektiv və məsuliyyətli addım atan və diplomatik proseslərdə
vasitəçi kimi mütəmadi illərdə çalışan BMT-yə üzv ölkəni məhv
etməklə hədələmək beynəlxalq prinsipləri açıq-aşkar pozmaqdır”, –
deyə o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ Silahlı Qüvvələrinin
İranda hərbi obyektə aviazərbə endirdiyi, İrana məxsus bir neçə
PUA-nı ələ keçirdiyi, İranın da ABŞ-yə məxsus aviabazaya zərbə
endirdiyi bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir