Somali Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Baş səhifə

Bakı. Trend:

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub
ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan
Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi
çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və
nailiyyətlərini əks etdirir.

Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə
dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın
qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf
etdirməyi səbirsizliklə gözləyir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan
xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi
xahiş edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir