
Bakı.Trend:
Salyanda çətənə kolları yetişdirən şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin
kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum
olunmuş Orxan Bağırov saxlanılıb.
Onun yaşadığı ünvana və həyətyanı sahəyə baxış keçirilən zaman
aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş, ümumi çəkisi
27 kiloqram olan 101 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Orxan
Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

