
Bakı. Trend:
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü
münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən
öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik
məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar
olduğumu bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

