Britaniya səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Duncan Norman
Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Trend xəbər
verir ki, bu barədə o, “X” hesabında videomüraciət paylaşıb:

“28 may 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk dünyəvi,
demokratik parlament respublikasını qurdu.




Dünyanın böyük bir hissəsi hələ bu ideyaları mənimsəmədiyi bir
vaxtdaAZərbaycan Demokratik Respublikasında qadınların səsvermə
hüququ tanındı. Parlament yaradıldı və müasir bir dövlət qurulduş
Mən Azərbaycanda olduğum yolun hələ ən başındayam. Amma artıq
bildiyim bir şey var ki, bu ölkənin tarixi dərin köklərə malikdir
və xalq bu tarixi qürurla daşıyır. Müstəqillik günün mübarək,
Azərbaycan!

Bir kərə yüksələn bayraq bir daha enməz”, – müraciətdə qeyd
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir